10 iyun İnauqurasiya tostu ilə Polşa və dünyanın müxtəlif yerlərində Transqafqazia festivalı başlanacaq. Şənbə günü 25 iyun tarixində Teatr Meydanında keçiriləcək konsert festivalın əsas tətbiri olacaq.
Musiqi programı
Varşavanın mərkəzi məkanı olanTeatr Meydanında 25 iyun tarixində keçirilən konsert festivalın əsas tətbiri olacaq. Böyük açıq səhnədə çıxış edəcəklər:
- Transqafqazia All-Star Band proyekti (premyera!). Qafqazın ən yaxşı bluesu gürcü Natural Born Lovers qrupu və onun lideri Paul Rimple ilə təmsil olunacaq. Polşa tərəfindən olan ən yaxşı nəfəs alətləri ifaçılarından olan nəfəs alətləri seksiyası (Qjeqoj „Frıton” Rytka, Pyotr “Kojen” Kojenyovski və Daryuş “Struş” Plixta) – ilk dəfə Warsaw Horns olaraq və Ermənistanlı Jazzel qadın pop-jazz vocal qrupu çıxış edəcəklər. Həmçinin – dünyanın ən məşhur nağara ifaçılarından biri olan Natiq Shirinovun nağara ansamblı çıxış edəcəkdir (Azərbaycan),
- Reincarnation konserti ilə özündə ska, etno rock və reggi birləşdirən 9 nəfərli Yerevanlı grupu,
- Nartiq Ritm Şousu – Azərbaycanın ən istedadlı musiqiçiləri ilə birgə olan Natiq Şirinovun nağara şousu
Bu ilki Transqafqazianın əsas elementi, müxtəlif beynəlxalq artistik qrupların Varşavanın ictimai yerlərində çıxışları olacaq. Planlaşdırılmış aksiyalar arasında:
- XX əsrin əvvəllərindən olan ümumqafqaz „Molla Nəsrəddin” jurnalı ilə ilhamlanmış Slavs and Tatars beynəlxalq qrupun prezentasiyası. Slavs and Tatars qrupu, pop mədəniyyəti, şəhər əfsanələri və müasir mədəniyyətin tədqiqi ilə məşhuldur. Əsərləri, Nyu-Yorkun Museum of Modern Art kolleksiyasının bir hissəsidir,
- Konfederasiya proyekti – Transqavqazya, 1918-ci ildə bir ay ərzində mövcud olan Qafqaz Federasiyasına müraciyət edir – kurator: Tbilisi Müasir Mədəniyyət Mərkəzin banisi Vado Tsereteli,
- USSR-Mix proyekti – ümumi sovet mirasına və onun müasir həyata təsirinə müraciyət edir – kurator: Azərbaycanda ən tanınmış müasir mədəniyyət kuratorlarından olan Səbinə Şıxlinskaya,
- 1 mart 2008 proyekti – son illərdə Qafqaz ölkələrində demokratik dalğalarına müraciyət edir – kurator: Venesiyanın Biyenale festivalın ermənistan pavilyonu yaradıcısı və kuratoru Eva Xaçatryan.
- Varşava – Batumi reysi – gündəlik olmayan Visla çayında gəzinti. Müxtəlif üzgüçü vasitələrin istifadəsi ilə interdisiplinar aksiyası.
Gün |
Tətbir |
10 iyun |
Festivalın açılışı: Transqafqazia və AŞ-sı sağlığına tost, festivalın keçirildiyi 7 ölkədə baş tutacaq beynəlxalq tətbirlər (Ermənistan, Azərbaycan, Gürcüstan, Çexiya, Almaniya, Avstriya və Polşa) Polşada tətbirlər: * Krakov (ətraflı www.interkulturalni.pl) |
iyun |
Varşavanın ictimai yerlərində aksiyalar (www.transkaukazja.pl yoxla) |
23-26 iyun |
Qafqaz artistlərinin çıxışları – informasiya və xəritəcik www.transkaukazja.pl səhifəsində mövcud olacaq |
25 iyun |
Festivalın Əsas Konserti Teatr Meydanında – və Qafqaz Varşavasının tətbirləri (həmçini yeni Resort kafesində afterparty) |
7 iyul |
Varşava – Batumi reysi |
Home page