TRANSQAFQAZ 2009

2009-06-20

Transqafqaz dünyada və Avropada Qafqaz dövlətlərinin: Gürcüstan, Azərbaycan və Ermənistan, həmçinin Şimali Qafqaz xalqlarının (xüsusilə Çeçenistan, İnquşetuya və Dağıstan) müasir mədəniyyətinin təsirindən keçirilən yeganə bədii tədbirdir.

Festival ərzində insanların dünyanın ən aktiv inkişaf edən mədəniyyət mərkəzlərindən biri olan Qafqaz mədəniyyəti ilə tanış olmaq imkanı var. Məsələn: vizual incəsənət, teatr, kino, rəqs, musiqi və fotoşəkillər. Bu tədbir Polşanı həm Şərqi Avropa, həm də Qafqazda beynəlxalq mədəni fəaliyyətlə məşğul olan bir ölkə kimi təbliğ edir. Festivalı Azərbaycandan, Polşadan, Gürcüstandan və Ermənistandan olan peşəkar, müstəqil, mədəni təşkilatlar reallaşdırır.

Fəaliyyət
Transqafqaz 2009 festivalı artıq dördüncü dəfədir ki keçirilir. Bu il təşkilatçılar festivalın Polşanın başqa şəhərlərində də (Lodz, Truymyasto, Poznan) keçirməyə qərara gəliblər. Varşavada Festival 3 hissədən ibarət olacaq:

1. Açıq havada tədbir - iyunun axırıncı şənbə günü Varşavanın mərkəzində Qafqazdan olan artistlərin birgə ssenarisinə əsasən həyata keçiriləcək. Həmin hissədə:
• böyük səhnədə Azərbaycan, Gürcüstan və Ermənistandan olan qrupların (33A i Niaz Diasamidze (Gürcüstan) – reggae/rock/folk; Pincet (Ermənistan) – electro/alternative/punk; Natiq Ritm Qrupu (Azərbaycan)) iştirakı ilə konsert keçiriləcək.
• Qafqaza səyahət - ənənəvi Transqafqazın “qafqaz şəhərciyi”nin yeni modeli. Həmin “şəhərcikdə” qonaqlar çadırlarda qurulmuş Qafqazın hər bir ölkəsinin mədəniyyəti ilə tanış olmaq fürsəti əldə edəcəklər.
2. Müasir incəsənətin sərgisi - bu ilki festivalın sərgiləri Varşavanın iki ən məşhur müasir incəsənət mərkəzlərində keçiriləcək:
• Müasir İncəsənər Mərkəzi – Ujazdovaki Sarayı və Laboratoriumun daxilində - sərgi “All & Now” – açılış: 28 iyun – 9 avqusta kimi davam edəcək. Açılış Natali Malinin (Dağıstan) iştirakı ilə keçiriləcək. Sərgidə Qafqazdan olan 20-dən çox incəsənət xadimləri iştirak edəcək:
a. Ermənistan – “Ghost city” (Ruhlar şəhəri)
b. Gürcüstan – “Structural Changes” (Struktur dəyişiklikləri)
c. Azərbaycan – “La Vie en Rouge”.
• Zaxenta – Krakovske Pşedmieşçedə yerləşən Kordeqarda mərkəzinin daxilində - “Bakı – İrəvan – Tiflis: Qəbul!” sərgisi, “Otaqdan görüntü” silsilə sərgilər çərçivəsində keçirilən müasir Qafqaz metropolyalarını göstərən incəsənət xadimlərinin işi – açılış 26 iyun – avqustun sonuna kimi.

Əlavə olaraq Lodzda (kino Charlie), Truymyastoda (CSW Łaźnia) və Varşavada (KİNO.LAB) iki hissəyə bölünən, Moving Reality və Towards Reality, Qafqaz haqqında eksperimental filmlərin və videoların baxışı keçiriləcək.

3. Filmlərə baxış – 3-cü hissə 3 gün davam edəcək və iyulun 1-ci həftə sonunda Varşavanın Kinotekasında təqdim olunacaq, filmlərin baxışından ibarət olacaq. Baxışın mövzusu müasir və klassik Gürcüstan kinosu olacaq. Əlavə olaraq Qafqaza aid qısametrajlı filmlərin baxışı keçiriləcək.

Tədbirlərin cədvəli

Gün

Tədbir

25.VI.cümə axşamı

Saat 2030 KİNO.LAB-da (Moving Reality) Video Art-ın göstərilişi

Müasir İncəsənət Mərkəzi, Uyazdovski Sarayı

26.VI. cümə

Saat 1900 Kordeqardda sərginin açılışı

Zaxenta (sərgi avqustun sonuna kimi açıq olacaq)

Saat 1800 CSW Łaźnia (Gdańsk) –da VideoArt-ın göstərilişi

27.VI. şənbə

Saat 1600 Qafqaz şəhərciyi

Saat 1900 Konsert

(Korova və Krulevska küçələri arasında)

28.VI. bazar

Saat 1730 KİNO.LAB-da (Toward Reality) Video Art-ın göstərilişi

Saat 1900 sərginin açılışı

Müasir İncəsənət Mərkəzi, Uyazdovski Sarayı

(sərgi avqustun 9-na kimi davam edəcək)

29-30.VI. bazar ertəsi, çərşənbə axşamı

Saat 2115 Kino Charlie (Lodz)-da Video Art-ın göstərilişi

3-5.VII. cümə, şənbə, bazar

3 iyul 1900filmlərə baxışın açılışı


 



Transkaukazja: 2004 | 2005 | 2007